SİYASƏT


Litva Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir

Bakı, 19 oktyabr, AZƏRTAC

Litva Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir. Bunu Litva Seyminin nümayəndə heyətinin rəhbəri İrena Şiauliene Milli Məclisdə keçirilən görüşdə deyib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın sürətlə inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, parlamentlərarası əlaqələr bu əməkdaşlığın inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin onların daha da dərinləşdirilməsinə ehtiyac var. Mədəniyyət və humanitar sahələrdə əlaqələr xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsinə xidmət edir. Görüşdə, həmçinin Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri vurğulanıb.

Litva Seyminin sədr müavini, Litva-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvü İrena Şiauliene Vilnüsün Bakı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək deyib ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji və nəqliyyat layihələri Avropa üçün böyük önəm kəsb edir. O, Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atdığı addımları fəal surətdə dəstəklədiyini də diqqətə çatdırıb.

Sonra iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri və qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində də fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamran Bayramov, Fuad Muradov, Dilarə Cəbrayılova, Sona Əliyeva, Tahir Mirkişili, Elşad Həsənov, hər iki ölkənin səfirləri Həsən Məmmədzadə, Valdas Lastauskas və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.