DÜNYA


Litva Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqına sahib ölkədir

Vilnüs, 4 dekabr, AZƏRTAC

Cari ilin üçüncü rübündə Baltikyanı ölkələr arasında ən aşağı orta aylıq əməkhaqqı Latviyada qeydə alınıb. Ən yüksək orta aylıq əməkhaqqı Litvadadır, Estoniya isə ikinci yerdədir.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, üçüncü rübdə Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqı Litvada olub. Bu ölkədə tam iş saatı üçün ödənilən orta aylıq əməkhaqqı 1455 avro təşkil edib. Litvada 2019-cu il yanvarın 1-dən etibarən işəgötürənlər və işçilər üçün məcburi dövlət sosial sığorta haqları dərəcələri dəyişdirilib.

Hesabat dövründə Latviyada aylıq əməkhaqqı 1147 avro, Estoniyada isə 1441 avro təşkil edib. 2019-cu ilin eyni rübü ilə müqayisədə Litvada orta aylıq əməkhaqqı 10,4 faiz, Latviyada 5,9 faiz, Estoniyada 3,2 faiz artıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.