SİYASƏT


Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, litvalı nazir Linas Linkeviçyus bölgədə gərginliklə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində əks-həmlələr həyata keçirdiyini bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıran C.Bayramov bunun beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Həmçinin bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.