DÜNYA


Litva Prezidenti: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur

Tallinn, 4 avqust, AZƏRTAC

Koronavirus pandemiyasının yayılmasından sonra Avropada vəziyyətin ağırlaşması ilə əlaqədar sərhədlərin bağlanması məsələsinin yenidən müzakirə edilməsi istisna olunmur.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda açıqlama verib. Dövlət başçısı sərhədlərin yenidən bağlanmasına dair qərarları Avropa İttifaqına (Aİ) üzv ölkələrin birlikdə qəbul etməli olduğunu vurğulayıb: “Növbəti mərhələ sərhədlərə nəzarətlə bağlı məsələ olmalıdır və bu, ümumavropa səviyyəsində həllini tapmalıdır. Biz Aİ-nin bir çox ölkələrində daxili karantin rejiminin sərtləşdirilməsinin şahidi oluruq və böyük ehtimalla sərhədlərin bağlanması məsələsini yenidən müzakirə etməli olacağıq”.

Prezidentin sözlərinə görə, fransalı turistlərin ikihəftəlik özünütəcrid rejimində qalmaları şərtilə Litvaya girişinə əvvəlki qaydada icazə verildiyi halda, Maltadan gələnlərin ölkəyə girişi qadağandır.

Hazırda Polşa, Niderland, Böyük Britaniya, Sloveniya, Lixtenşteyn, Danimarka, İslandiya, Almaniya, İrlandiya, Kipr, Slovakiya, İtaliya, Yunanıstan, Norveç, Latviya, Estoniya, Finlandiya və Macarıstan vətəndaşlarının Litvaya gəlişinə heç bir məhdudiyyət tətbiq olunmur. Digər əcnəbilərin isə hökumətin nəzərdə tutduğu bir sıra istisnalardan asılı olmayaraq ölkəyə girişinə icazə verilmir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.