DÜNYA


Litva Prezidenti Belarusla münasibətlərdə AES-ə qarşı sərt mövqedə qalacağını bəyan edib

Varşava, 18 iyul, AZƏRTAC 

Litvanın yeni prezidenti Qitanas Nauseda bəyan edib ki, Belarusla münasibətlərin yaxşılaşdırılmasına hazırdır, lakin qonşu ölkənin inşa etdiyi atom elektrik stansiyasına qarşı sərt mövqedə qalacaq.

AZƏRTAC xəbər verir ki, Polşaya səfəri zamanı Varşavada jurnalistlər qarşısında çıxış edən Qitanas Nauseda bir daha diqqəti Belarus Atom Elektrik Stansiyasına yönəldib. O bəyan edib ki, qonşu ölkə Litva sərhədinə yaxın ərazidə AES inşa edir və təhlükəsizlik normaları gözlənilmir. Litva Prezidenti ölkəsinin heç vaxt bu stansiyanın istehsal etdiyi enerjini almayacağını da bildirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.