Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər, ölkənizə isə davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Mən qətiyyətlə inanıram ki, Sizin rəhbərliyinizlə Litva və Azərbaycan dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlıq bundan sonra da fəal və açıq dialoq şəraitində davam edəcək. Ölkələrimizi birləşdirən ortaq maraqlar və daha da genişlənən ikitərəfli münasibətlər ümumi məqsədlərimizə doğru birgə fəaliyyət üçün və vətəndaşlarımızın biznes, təhsil, eləcə də cəmiyyətlərarası mübadilə, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yeni imkanlar açacaq.

İcazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edim. Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

 

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin