DÜNYA


Litva Şimali Makedoniyanın NATO-ya üzv olmasını ratifikasiya edib

Vilnüs, 15 mart, AZƏRTAC 

Litva parlamenti Şimali Makedoniyanın NATO-ya üzvlüyünü təsdiq edən sənədi qəbul edib. AZƏRTAC xəbər verir ki, parlamentin bütün deputatları sənədin lehinə səs verib. Səsvermədə qonaq qismində Şimali Makedoniyanın parlament spikeri Talat Xaferi də iştirak edib.

Bunla da Litva NATO-nun bu sənədə imza atan səkkizinci üzvü olub. Litvanın xarici işlər naziri Lukas Linkyaviçus bu tarixi hadisəni beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılan növbəti addım kimi xarakterizə edib.

Qeyd edək ki, Litva NATO-ya 2004-cü ildə qəbul edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.