İQTİSADİYYAT


Litva “Transavropa Dəmir Yolu” layihəsindən çıxmaq istəyir

Vilnüs, 16 yanvar, AZƏRTAC

Litva “Transavropa Dəmir Yolu” (TER) layihəsindən çıxmaq istəyir. AZƏRTAC Litva Nəqliyyat Nazirliyinin mətbuat üçün məlumatına istinadla xəbər verir ki, Litva hökuməti nazirliyin bu təklifini yanvarın 16-da nəzərdən keçirib. Nəqliyyat Nazirliyi təklifini belə əsaslandırıb ki, TER ölkə üçün faydalı olmayacaq.

Məlumatda deyilir: “TER-in fəaliyyəti daha çox görünüş xarakteri daşıyır. Bu da o deməkdir ki, üzv ölkələrdə cari və planlaşdırılan inkişaf layihələri konkret tövsiyələr olmadan nəzərdən keçirilir. Buna görə də Litva TER-dən çıxandan sonra dəmir yolu nəqliyyatının təhlükəsizliyi və infrastrukturun inkişafı ilə bağlı məsələlərin həlli davam etdiriləcək”.

Təklif edilən qanun layihəsi 1998-ci ilin oktyabrında Vilnüsdə imzalanmış TER-in kredit fondu haqqında sazişin ləğv edilməsinə yönəldilib.

“Transavropa Dəmir Yolu” layihəsi 1990-cı ildə işə salınıb. Hazırda bu layihədə 17 ölkə, o cümlədən Çexiya, Yunanıstan, İtaliya, Litva, Polşa, Rusiya, Türkiyə, Latviya, Moldova, Ukrayna və s. ölkələr iştirak edib. Azərbaycan layihəyə qoşulma prosesindədir.

Layihə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq məqsədi daşıyır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.