DÜNYA
Litva ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdıracaq
Vilnüs, 10 iyul, AZƏRTAC
Litvanın Baş Naziri Saulyus Skvernyalis ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmağı təklif edib.
AZƏRTAC xəbər verir ki, Litva hökuməti Avropa Komissiyasının tövsiyəsi ilə bəzi vergilərin artırılmasını nəzərdən keçirir. Buraya, ilk növbədə, ətraf mühitə ziyan verən avtomobillərə əlavə verginin tətbiqi nəzərdə tutulur. Litvanın Baş Naziri isə çıxış yolu kimi belə avtomobillərin ümumiyyətlə ölkəyə gətirilməsini məhdudlaşdırmaqda görür.
Eyni zamanda, ölkənin maliyyə naziri Vilyus Şapoka bildirib ki, ekologiyaya ziyan verən avtomobillərə qarşı xüsusi vergi tətbiqi məsələsinə bu il baxılacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]