DÜNYA


Litva istehlak mallarının qiymət artımına görə Latviya və Estoniyanı üstələyib

Vilnüs, 9 sentyabr, AZƏRTAC

Avqust ayında Baltikyanı ölkələrdə ən yüksək inflyasiya Litvada, ən aşağı inflyasiya isə Latviyada qeydə alınıb.

AZƏRTAC Baltikyanı ölkələrin mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Litva Statistika Departamenti yayıb.

Bildirilib ki, ötən ay keçən ilin müvafiq dövrü ilə müqayisədə istehlak malları və xidmətləri Litvada 5,3 faiz, Latviyada 3,7 faiz, Estoniyada 5 faiz səviyyəsində bahalaşıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.