DÜNYA


Litva koronavirusla mübarizədə dəstək məqsədilə ABŞ-a humanitar yardım göndərib

Vilnüs, 16 iyul, AZƏRTAC

Litva koronavirus pandemiyası ilə mübarizədə yardım etmək məqsədilə ABŞ-a müdafiə maskaları, birdəfəlik istifadə oluna bilən izolyasiya xalatları və digər avadanlıqlar göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Litva ABŞ-a humanitar yardım üçün ehtiyat fondundan 100 min avro ayırıb. Hökumət tərəfindən ayrılan vəsaitə “Medienos” şirkətinin istehsalı olan 11,4 min üz qalxanı, “Interscalit” şirkətinin istehsal etdiyi 10,7 mindən çox birdəfəlik istifadə olunabilən izolyasiya xalatları və ağciyərlərin ventilyasiyası üçün “Intersurgical” şirkəti tərəfindən istehsal edilən 19,6 mindən çox müxtəlif tibbi avadanlıq alınıb.

Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, Pensilvaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən yardım COVID-19-la mübarizədə ön sıralarda çalışan tibb işçiləri və digər xidmət sahələrində çalışanlar üçün nəzərdə tutulub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.