QAN YADDAŞI


Litva mediası Xocalı soyqırımından yazıb VİDEO

Vilnüs, 28 fevral, AZƏRTAC

Litvada böyük oxucu kütləsinə malik “Alkas” xəbər portalında “Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd edilir” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb.

Qeyd edilib ki, Xocalı şəhərində 6000-ə yaxın azərbaycanlı mülki əhali yaşayıb və yaxınlıqda yerləşən hava limanına görə şəhərin yerləşdiyi ərazi ermənilər üçün strateji əhəmiyyət daşıyıb. Şəhərə hücuma keçən erməni silahlılarının sayı 2000-dən artıq olub. Hücumda o zamankı sovet ordusunun ərazidə yerləşən 366-cı alayı da iştirak edib. Sayca və texnika cəhətdən şəhərin azərbaycanlı müdafiəçilərindən xeyli üstün olan ermənilər müqaviməti qırdıqdan sonra mülki əhalini qətlə yetirməyə başlayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı Xocalı faciəsinin 29-cu ildönümündə günahsız qurbanların xatirəsi şərəfinə bir daha ümid və inamla beynəlxalq təşkilatlara, dünya xalqlarına həqiqəti müdafiə etmək, Xocalı soyqırımını qınamaq və bu qırğını törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün müraciət edib.

Vurğulanır ki, Dünya bu kimi faciələrin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımını tanımalıdır.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.