İDMAN


Litva mətbuatında Azərbaycanlı futbolçu barədə yazılıb

Vilnüs, 23 sentyabr, AZƏRTAC

Litvanın lt.fresh-beautiful-style.com portalında futbol üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Qurbanov barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə R.Qurbanovun futbol həyatının bütün mərhələləri barədə ətraflı məlumat verilib. Bildirilir ki, hazırda 28 yaşı olan oyunçu ilk təcrübəsini Rusiyanın “Dinamo” klubunun məktəbində yaşayıb. Daha sonra Rusiyanın ikinci liqasında mübarizə aparan “Taqanroq”da çıxış edən Ruslan 2010-cu ildə mütəxəssis Rasim Abuşevin dəvəti ilə “Neftçi” klubu ilə beş illik müqavilə imzalayıb. O, hazırda Bakının “Səbail” klubunun şərəfini qoruyur. R.Qurbanov, həmçinin Azərbaycan millisinin hücumçusudur.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.