SİYASƏT


Litva nəşri Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrindən yazır

Vilnüs, 30 oktyabr, AZƏRTAC

Litvanın “Lietuvos aidas” nəşrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu qeyd edilir, Ermənistan-Azərbaycan münaqişəsinin son dövrlərin ən ağır faciələrindən biri olduğu bildirilir. Yazıda qeyd olunur ki, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, minlərlə insan həyatını itirib. Bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan da bəhs olunur. Bildirilir ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən danışıqlar hələ də heç bir nəticə verməyib.

Yazıda Xocalı soyqırımı və tarixi Azərbaycan torpaqları ilə bağlı fotoşəkillər də yer alıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.