DÜNYA


Litva parlamentinin qərari ilə mayda referendum keçiriləcək

Vilnüs, 11 mart, AZƏRTAC 

Litva parlamentinin qərarı ilə 2019-cu il mayın 12-də ölkədə ümumxalq səsverməsi - referendum keçiriləcək.

AZƏRTAC xəbər verir ki, referendumda vətəndaşlar ikili vətəndaşlığa icazə verəcək qanunun qəbuluna münasibət bildirəcəklər.

Hazırda Litva vətəndaşları ölkədən köçərək başqa ölkələrin vətəndaşlığını qəbul etmək istədikdə Litva vətəndaşlığından imtina etməli olurlar. Təklif olunan yeni qanun isə Litva vətəndaşlarına həm də “Avroatlantik inteqrasiya meyarlarına uyğun” ölkələrin vətəndaşlığını qəbul etməyə imkan verəcək. Belə ölkələrin konkret siyahısı qanunda göstəriləcək.

Mayın 12-də Litvada həm də parlament deputatlarının sayının 141-dən 121 nəfərədək azaldılmasını nəzərdə tutan konstitusiya dəyişikliyinə dair referendum, eləcə də prezident seçkiləri keçiriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.