DÜNYA


Litva prezidenti postuna və Avropa Parlamentinə seçkilər vaxtından əvvəl başlayıb

Vilnüs, 20 may, AZƏRTAC

Litvada prezident postuna və Avropa Parlamentinə seçkilər vaxtından əvvəl başlayıb.

AZƏRTAC ölkənin Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, mayın 26-da keçiriləcək prezident seçkilərinin ikinci mərhələsində və Avropa Parlamentinə seçkilərdə müəyyən səbəblərdən iştirak edə bilməyəcək vətəndaşlar artıq səs verə bilərlər. Səsvermə mayın 20-dən 24-dək mümkündür. Mayın 24-25-də isə evindən çıxa bilməyən xəstə, əlil və yaşlı vətəndaşlar üçün səyyar səsvermə keçiriləcək.

Litvada ümumilikdə 2 milyon 487 min 745 seçici siyahıya alınıb. Azərbaycan da daxil olmaqla, ölkə hüdudlarından kənarda 60 min 966 Litva vətəndaşı səs verəcək.

Prezident seçkilərinin mayın 26-da keçiriləcək ikinci mərhələsində Qitanas Neuseda və İnqrida Şimonite mübarizə aparacaq. Avropa Parlamentində isə Litvanın 301 namizədi üçün cəmi 11 mandat nəzərdə tutulub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.