DÜNYA


Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar

Vilnüs, 2 iyul, AZƏRTAC

Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində müvəqqəti yerləşdirilməsi barədə saziş imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sazişi Litva Müdafiə nazirinin müavini Vitautas Umbrasas və Almaniyanın bu ölkədəki səfiri Mattias Sonn imzalayıblar.

“Almaniya bizim əsas müttəfiqimiz, Avropada sabitlik və təhlükəsizlik üzrə mühüm tərəfdaşımızdır”,– deyə V.Umbrasas qeyd edib.

Bu sazişdə Litva və Almaniya hərbi qüvvələrinin bir-birinin ərazisində yerləşdirilməsi şərtləri, müddəti, hərbçilərin sayı və s. məsələlər əksini tapıb. Sənəd, həmçinin ətraf mühitin mühafizəsi, telekommunikasiya vasitələrinin istifadəsi, humanitar yardım, axtarış və xilasetmə qaydalarını müəyyənləşdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, saziş Almaniyanın təşəbbüsü ilə imzalanıb. Sənəd Seymin təsdiqindən sonra qüvvəyə minəcək.

Litva bu günədək təkcə ABŞ ilə bu cür yüksək səviyyəli saziş imzalayıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.