SİYASƏT


Litvada Azərbaycan Mədəniyyəti gecəsi keçirilmişdir

Bakı, 1 dekabr (AZƏRTAC). Litvada təhsil alan azərbaycanlı tələbələr tərəfindən Kaunas şəhərində Azərbaycan Mədəniyyəti gecəsi təşkil olunmuşdur.

“Odlar Yurdu” diaspor təşkilatının dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan mədəniyyəti, onun dünya mədəniyyətinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilmişdir.

Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə iştirak edən xarici tələbələr Azərbaycanın mədəniyyəti, mətbəxi ilə bağlı filmləri maraqla izləmişlər. Qonaqlara azərbaycanlı tələbələrin ifasında milli rəqslərimiz, həmçinin mətbəximizin ləziz nümunələri təqdim olunmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.