MƏDƏNİYYƏT


Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Vilnüs, 17 mart, AZƏRTAC 

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.

Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, konsertin təşkilatçısı “Azəris” cəmiyyətidir.

Klaypeda Milli Mədəniyyətlər Mərkəzinin dəstəyi ilə keçirilən konsertə giriş pulsuzdur.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.