Litvada “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə aksiya keçirilib
AzerTAg.az
Vilnüs, 7 aprel, AZƏRTAC
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik xaricdə təhsil alan azərbaycanlı tələbələrin də diqqət mərkəzindədir.
Tələbələr gərgin döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən əsgərlərimizə dəstək olmaq məqsədilə bir araya gəliblər. Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri dəstək aksiyası ilə yerli əhalinin diqqətini son günlər yaşanan hadisələrə yönəldiblər.
“Qarabağ Azərbaycana məxsusdur”, “Can Azərbaycan” şüarları səsləndirən aksiya iştirakçıları xalqımız və ordumuzla həmrəyliyini bir daha nümayiş etdiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs


Xəbərin mətnində orfoqrafik səhv var