SİYASƏT
Litvada da Ulu Öndərin əziz xatirəsi anılıb
Vilnüs, 10 may, AZƏRTAC
Litvada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiram və minnətdarlıqla yad edilib.
Ölkəmizin Litvadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu gün Vilnüsdə İslam Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ehtiyac sahibi olan şəxslərə çatdırılması üçün ərzaq yardımından ibarət hədiyyələri Litva Müsəlman Dini İcmalar Şurasının sədri müfti Aleksandras Beqanskasa təqdim edib.
Türkiyə Cümhuriyyətinin Litvadakı səfirliyinin din xidmətləri üzrə koordinatoru İsmail Karadurduoğlunun iştirakı ilə keçirilən tədbirdə təqdim olunan ərzaq yardımı Ramazan bayramı öncəsi Litvadakı müsəlman bacı-qardaşlarımıza çatdırılacaqdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs