DÜNYA


Litvada da koronavirusa yoluxanların sayı artır

Vilnüs, 4 aprel, AZƏRTAC

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfər artaraq 696-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 432 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2809 nəfərdən 47-nin analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 9 nəfər ölüb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.