DÜNYA


Litvada ətirli elektron siqaretlərin satışı qadağan olunur

Vilnüs, 23 yanvar, AZƏRTAC

Litva parlamenti iyul ayından etibarən elektron siqaret və bu siqaretlər üçün nəzərdə tutulmuş tərkibində hər hansı bir ətir olduğu halda mayeli kartriclərin satışını qadağan edəcək.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu qanun layihəsinin müəllifləri atılan analoji addımın Litvada getdikcə populyarlaşan elektron siqaretlərin satışını azaltmaq məqsədi daşıdığını bildiriblər.

Litvalı deputatlar “Tütün, tütün məmulatları və əlaqədar məmulatlara nəzarət haqqında” qanuna düzəlişləri 92 səs lehinə, 9 səs əleyhinə, 9 səs bitərəf olmaqla qəbul ediblər.

Bundan əlavə, Litvada elektron siqaretlərin və bu siqaretlər üçün nəzərdə tutulmuş, tərkibində kofein və ya taurin, enerji və impuls ilə əlaqəli stimullaşdırıcı birləşmələr olan mayeli katriclərin idxalına da qadağa qoyulub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.