DÜNYA
Litvada koronavirus infeksiyasına görə 300 mindən çox insan müayinədən keçirilib
Vilnüs, 6 iyun, AZƏRTAC
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1705 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiyanın yayıldığı tarixdən bəri ölkədə 331 min 229 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4935 nəfərdən analiz götürülüb.
Ölkədə COVID-19-dan 71 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1321 nəfər təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]