DÜNYA


Litvada koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alınıb

Vilnüs, 19 yanvar, AZƏRTAC

Litvada son 24 saat ərzində koronavirus infeksiyasına 6234 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər bu xəstəlikdən həyatını itirib.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Statistika Departamenti məlumat yayıb.

Bildirilib ki, bu rəqəm ölkədə indiyədək qeydə alınan ən yüksək gündəlik yoluxma göstəricisidir. COVID-19-dan ölənlərin 7-si peyvənd olunmamış, ya qismən peyvənd olunmuş şəxslərdir.

Qeyd olunub ki, xəstəxanalardakı COVID-19 xəstələrinin sayı 1070 nəfər təşkil edir, onlardan 94-ü reanimasiya şöbəsinə yerləşdirilib.

Litvada son 24 saat ərzində COVID-19-a qarşı təxminən 23 min 600 molekulyar test (PZR) və 3 min 600 antigen testi aparılıb. Son 14 gün ərzində əhalinin hər 100 min nəfərinə düşən koronavirusa yoluxma göstəricisi orta hesabla 1861 hala yüksəlib. Son 7 gün ərzində müsbət testlərin nisbəti isə 22.9 faiz təşkil edib.

Ümumilikdə Litvada COVID-19 pandemiyasının başlanmasından bu yana təxminən 581 min 800 nəfər koronavirusa yoluxub, 7 min 700 nəfər isə bu xəstəlikdən həyatını itirib.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.