DÜNYA
Litvada maska taxmaqdan imtina edənlər həbs oluna bilərlər
Vilnüs, 6 avqust, AZƏRTAC
Litvanın Milli İctimai Səhiyyə Mərkəzinin Vilnüs departamentinin rəhbəri Rolanda Linqene maskaların düzgün qaydada taxılmamasının vəziyyətin daha da pisləşməsinə səbəb olacağını vurğulayıb.
AZƏRTAC xəbər verir ki, o, indi qapalı məkanlarda maska taxmağın məcburi olduğunu xatırladıb: “Bəzən heç maska taxmamaq yanlış maska taxmaqdan yaxşıdır. Başqa sözlə, o zaman daha az zərər olar. Maskanı çənənin altına keçirmək və ya burunu maska ilə örtməmək olmaz. Bu, müdafiə baxımından faydasızdır”.
İctimai Polis İdarəsinin nümayəndəsi Audryus Çyupala bildirib ki, ticarət mərkəzinə gələn müştəri maska taxmaqdan imtina edərsə, bəzi hallarda mühafizəçinin mövcud qaydalara uyğun olaraq onu həbs edə bilər. Ticarət mərkəzlərinin mühafizəçiləri bu məkanlara cavabdehdirlər və onlar vətəndaşlara mövcud qaydaları xatırladırlar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]