DÜNYA
Litvada ordu miqrantların məskunlaşdığı məkanların mühafizəsində iştirak edəcək
Vilnüs, 30 iyul, AZƏRTAC
Litva ordusu yaxın günlərdə qanunsuz miqrantların məskunlaşdığı məkanların mühafizəsində iştirak edəcək.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözlərin ölkənin müdafiə naziri Arvidas Anuşauskas söyləyib.
“Daxili İşlər Nazirliyi müraciət etdi ki, miqrantların müvəqqəti məskunlaşmasının mühafizəsinə və onlara nəzarət edilməsinə ordu yardım etsin. Ordu sakinlərin rahatlığını təmin etmək məqsədilə öz gücü ilə həmin yerlərin mühafizəsinə yardım edəcək”, − deyə müdafiə naziri əlavə edib ki, ordu miqrantların məskunlaşdığı 12 yerin mühafizəsini təşkil edəcək.
Qeyd edilir ki, Litva sərhədini qanunsuz keçən miqrantlar hazırda Pabradedə çadır şəhərciyində, əcnəbilərin qeydiyyat mərkəzində, habelə Medininkayda yerləşən sərhədçi məktəblərində, sərhəd zastavalarında yerləşdirilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs