DÜNYA


Litvada prezident seçkilərinin ilk turu başa çatıb

Vilnüs, 13 may, AZƏRTAC 

Litvada mayın 12-də keçirilmiş prezident seçkilərinin ilk turu başa çatıb. İlkin hesablamalara əsasən ikinci tura Qitanas Nauseda və Saulyus Skvernelis çıxsalar da, səhər saatlarında verilən son açıqlamada nəticənin dəyişdiyi bildirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının mayın 13-də saat 9.00-a olan son nəticələrinə əsasən mayın 26-da keçiriləcək prezident seçkilərinin ikinci turunda iki namizəd - sağ mərkəzçilər Qitanas Nauseda (30,95 faiz) və İnqrida Simonite (31,13 faiz) yarışacaq.

Litvanın hazırkı Baş naziri Saulyus Skvernyalis çıxışında bildirmişdi ki, məğlub olacağı təqdirdə hazırkı vəzifəsindən də istefa verəcək. O, son nəticələrə görə 19,72 faiz səs toplaya bilib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.