DÜNYA


Litvada sutka ərzində qeyri-leqal miqrantların sayı 4 dəfə artıb

Vilnüs, 7 sentyabr, AZƏRTAC

Son günlər Litva-Belarus sərhədində geri göndərilən qeyri-leqal miqrantların sayı gün ərzində təqribən 10 nəfərdir, cümə günü isə onların sayı 4 dəfə artıb.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində sərhədçilər Belarusdan gələn təxminən 40 nəfər qeyri-leqal miqrantı saxlayıb. Əvvəlki günlərdə olduğu kimi, miqrantlar Şvençönis və Şalçininkay bölgələrində sərhədi keçməyi planlaşdırıblar.

Qeyd olunub ki, ötən cümə günü isə bu cür əcnəbilərin sayı daha çox olub. Qısa fasilədən sonra miqrantlar Druskininkay və İqnalina şəhərlərində peyda olmağa başlayıblar.

Bildirilib ki, bu il Belarusla sərhəd üzərindən ölkəyə 4,1 mindən çox miqrant gəlib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.