DÜNYA
Litvada yaşı 80-dən yuxarı olan sakinlərin vaksinasiyasına bu həftə başlanılacaq
Vilnüs, 16 fevral, AZƏRTAC
Litvanın böyük şəhərlərində yaşı 80-dən yuxarı olan sakinlərin koronavirusa qarşı vaksinasiyasına bu həftə başlanılacaq.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, vaksinasiyaya başlayan rayon və böyük şəhərlər arasında Vilnüs, Kaunas, Klaypeda, Panevejisin adı var. Digər şəhərlərdə isə yaşı 80-dən yuxarı olanların tam vaksinasiyası gələn həftə başlanmalıdır.
Ötən gün nazirlik koronavirusa qarşı vaksinasiya üzrə plana dəyişikliyin edilməsi barədə məlumat verib. Belə ki, plana əsasən, mart ayında 65 yaşdan yuxarı bütün sakinlərin, həmçinin xroniki xəstəliyi olanların vaksinasiyasına başlamaq nəzərdə tutulur. Sakinlərin kütləvi vaksinasiyasına isə aprel ayında start veriləcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]