DÜNYA


Litvada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib

Vilnüs, 9 mart, AZƏRTAC

Litvada yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinə görə 19 regionda artıq mer vəzifəsinə seçilənlərin adları məlumdur. 41 regionda isə ikinci tur keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Litva Baş Seçki Komissiyasının açıqladığı yekun məlumata görə, seçkilərin birinci turda yekunlaşdığı 19 regionda əsasən hazırda hakimiyyətdə olan qüvvələr öz mövqelərini saxlaya biliblər. 19 regiondan yalnız üçündə mer vəzifəsinə yeni şəxs seçilib.

Seçki Komissiyası bildirib ki, ölkə üzrə 41 region üzrə seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac yaranıb. İlk turu adlamış namizədlər martın 17-də ikinci turda mübarizə aparacaqlar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.