REGİONLAR
Litvalı fotoqrafın “Gəncə dünən və bu gün” adlı foto-sərgisi keçirilib VİDEO
Gəncə, 17 mart, AZƏRTAC
Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində litvalı fotoqraf Vytautas Daraskeviçiusun “Gəncə dünən və bu gün” adlı sərgisi nümayiş etdirilib. Sərgi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanın Litvadakı səfirliyinin və şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyəti rəhbərliyinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə fotoqrafın 40-dan artıq əsəri nümayiş etdirilib. Fotoqrafın Gəncədəki Heydər Əliyev Mərkəzinin, Şah Abbas məscidinin, eləcə də bir çox tarixi abidələrin şəkilləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda litvalı fotoqrafa Nizami Gəncəvinin nəfis şəkildə nəşr edilmiş “Xəmsə” külliyatı təqdim olunub.
Vytautas Daraskeviçius isə özünün hazırladığı “Gəncə dünən və bu gün” foto-albomunu şəhər rəhbərliyinə hədiyyə edib.