İDMAN


Litvalı tennisçi: Çalışacağam ki, Bakıdan qızıl medalla qayıdım

Bakı, 26 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala çıxdığım üçün çox sevinirəm. Çox çətin, gərgin oyun keçdi. Buna baxmayaraq qalib oldum.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala vəsiqə qazanan litvalı tennisçi Vilius Qaubas deyib.

Tennisçi yüksəksəviyyəli təşkilatçılığa görə Azərbaycana, oyunçuları dəstəkləyən fanatlara təşəkkürünü bildirib.

“Bir neçə beynəlxalq yarışda iştirak etmişəm. “EYOF Bakı 2019”un açılış mərasimi çox möhtəşəm idi. Bakıdakı idman ab-havası, idmana, idmançılara olan maraq insanı qələbəyə ruhlandırır. Çalışacağam ki, Bakıdan qızıl medalla qayıdım”, - deyə tennisçi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.