DÜNYA


Litvanın Baş Naziri öz postunda qalacaq

Vilnüs, 10 iyul, AZƏRTAC 

Litvanın Baş Naziri Saulyus Skvernyalis ölkənin yeni seçilmiş Prezidenti Qitanas Nauseda ilə görüşdən sonra öz postunda qalacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da ölkə prezidenti ilə görüşündən sonra jurnalistlərə açıqlamasında S.Skvernyalis dövlət başçısı ilə ölkədəki cari vəziyyəti, formalaşmış yeni koalisiya hökumətini müzakirə etdiklərini və birgə fəaliyyəti davam etdirmək qərarına gəldiklərini bildirib. O, həmçinin qeyd edib ki, Baş Nazir postunda qalması üçün prezident qarşısında hər hansı şərt qoymayıb.

Xatırladaq ki, Litvada keçirilən son prezident seçkilərində namizədlərdən biri də Saulyus Skvernyalis idi. Seçkiqabağı kampaniya dövründə o, məğlub olacağı təqdirdə Baş Nazir postundan istefa verəcəyini bəyan etmişdi. Lakin seçkilərdə hətta ikinci tura keçə bilməyən Baş Nazir yeni prezidentlə işləmək qərarına gəlib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.