DÜNYA


Litvanın Teleradioyayım Komissiyasının rəhbəri vəzifəsindən azad olunub

Vilnüs, 14 sentyabr, AZƏRTAC

Litvanın Teleradioyayım Komissiyasının rəhbəri Edmundas Vaytekunas Seymin qərarı ilə vəzifəsindən azad olunub. Buna səbəb onun ingilis dilini bilməməsi göstərilib. Qərar yekdilliklə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, keçmiş direktorun səlahiyyətlərini bir müddət onun müavini icra edəcək.

Qeyd edək ki, Teleradioyayım Komissiyası televiziya və radio yayımına nəzarət edən qurumdur. Komissiyanın rəhbərini Litva Seymi təyin və azad edir.

Aygün Əliyeva,

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.