MƏDƏNİYYƏT


Litvanın məşhur aktrisası Qrajina Balandite vəfat edib

Vilnüs, 28 iyul, AZƏRTAC

Litvada teatr və kino sahəsində kifayət qədər nüfuza malik aktrisa Qrajina Balandite uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, Kaunas Milli Dram Teatrının baş direktoru Eqidiyus Stantsikas “BNS” informasiya agentliyinə müsahibəsində aktrisanın ölümü barədə məlumatı təsdiqləyib.

E.Stantsikas bildirib ki, aktrisa Kaunas və Klaypeda dram teatrlarının səhnələrində çıxış edirdi. O, bir neçə onilliklər ərzində film və televiziyada 20-dən çox rol yaradıb.

Teatr tənqidçilərinin fikrincə, aktrisanı digərlərindən fərqləndirən cəhət emosional və psixoloji cəhətdən mükəmməl rollar oynaması olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.