Litvanın nüfuzlu nəşrində Azərbaycanın işğal edilmiş ərazilərinə səfər haqqında məqalə dərc edilib
AzerTAg.az

A.Praleyka qeyd edir ki, heç də birinci dəfə olmayan bu xoşagəlməz insident belə bir sual doğurur: “Nə üçün litvalı məmurlar bu cür hərəkət edirlər?” Bilməmək səbəbindən? Ola bilsin, bunun başqa səbəbləri də var, lakin bu sualın istənilən cavabı məyusluq doğurur. Jurnalist təəssüf hissi ilə “möhtərəm” səfirlərin məşhur telefon söhbətini xatırlayır. Onlar deyirdilər ki, erməniləri dəstəkləmək lazımdır, “çünki onlar xristiandırlar”. A.Praleyka Azərbaycanın Litvaya dost münasibətinə qarşı birbaşa hücum kimi qiymətləndirdiyi daha bir misal göstərir. Söhbət bu il guya milli ayrı-seçkiliyin qızışdırılması səbəbindən yaranmış “problemdən” gedir. Xocalı şəhərində soyqırımının növbəti ildönümü ilə əlaqədar Litva paytaxtında Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymağa çağıran plakatlar yapışdırılmışdı. A.Praleyka təcavüz faktının demək olar ki, bütün beynəlxalq birliklər və nüfuzlu beynəlxalq təşkilatlar etiraf edilməsini vurğulayır. Litva da istisna deyil. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə rəsmən bəyan edib. Lakin həmin plakatlar kimlərinsə xoşuna gəlməyib və prokurorlar təhqiqat aparmağı qərara alıblar: bu hərəkəti milli ayrı-seçkiliyin qızışdırılması adlandırmaq olarmı? İstintaq göstərib ki, belə deyil. Lakin jurnalistin sözlərinə görə, acı kədər hissi qalıb.
A.Praleyka Litva parlamentində D.Kuoditenin təşəbbüsü ilə Dağlıq Qarabağla dostluq qrupu yaradılması ilə əlaqədar daha təcavüzkar bir demarş faktını qeyd edir. Hərçənd, Seym üzvlərinin çoxu bu əhvalatla yaxşı tanışdır və onlar həmin qrupa qoşulmayıblar.
Litvalı jurnalist D.Kuoditenin səfəri haqda erməni KİV-lərində nəşr edilmiş son məlumatları qiymətləndirərək vurğulayır ki, D.Kuoditenin oraya “qeyri-rəsmi şəxs” kimi gəlməsini bildirən heç bir məlumat tapa bilməyib.
Aydanas Praleyka sonda yazır: “Bir daha sual etmək istəyirik: dövlətə qulluq edən adamlar nə üçün həmin dövlətin imicinə, başqa ölkələrin Litva ilə münasibətlərinə belə asanlıqla ziyan vurur, dövlətin rəsmi mövqeyini açıq-aydın inkar edirlər. Doğrudanmı bu, sadəcə məlumatsızlıqdır? Belələrinə demək istəyirik: Əgər bir şeyi bilmirsənsə, öz məlumatsızlığını bütün dünyaya yayma”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
Xəbərin mətnində orfoqrafik səhv var