İQTİSADİYYAT


Litvanın xəbər portalında şopinq festivalı barədə məqalə dərc edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Litvanın xəbər portalında (www.alkas.lt) Bakı Beynəlxalq Şopinq Festivalı barədə məqalə dərc edilib.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, yazıda son illər ölkəmizə turist axınından, ictimai- iaşə sektorunun inkişafından danışılır. Bakıda keçirilən Şopinq Festivalı ideyasına toxunan müəllif yazır ki, bu cür tədbirlər ölkə iqtisadiyyatının, xüsusən pərakəndə ticarət sektorunun inkişafına təkan verir.

Məqalədə vurğulanır ki, festival çərçivəsində alış-veriş etmək çox sərfəlidir. Çünki bir çox qabaqcıl dünya brendlərinin malları nəinki sərfəli qiymətlərə təqdim edilir, hətta 100 manat və daha artıq ödədikdə ƏDV-nin bir hissəsi geri qaytarılır.

Sayt yazır ki, turist axınının artması, həm də brend geyim və aksesuar mağazalarında qiymətlərin Avropadakı səviyyəyə enməsinə səbəb olub: “Bakıda qiymətlərin Avropadakından baha olduğu dövrlər keçmişdə qalıb. Bu gün Azərbaycan paytaxtının festivala qoşulmuş mağazalarında qiymətlər dollar və avro ilə ifadədə Dubay, İstanbul və Moskvadakından daha aşağıdır”.

Litva saytı oxucularını əmin edir ki, Bakının iri ticarət mərkəzlərində alış-veriş onlara böyük zövq verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.