DÜNYA


Litvanın yeni Prezidenti vəzifəsinin icrasına başlayıb

Vilnüs, 12 iyul, AZƏRTAC 

Litvanın yeni seçilmiş Prezidenti Gitanas Nauseda iyulun 12-də keçirilmiş andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında keçirilən mərasimdə Litva Prezidenti ölkə Konstitusiyasına əl basaraq vicdanlı və düzgün qərarlar ilə ölkəni idarə edəcəyi barədə and içib.

Qeyd edək ki, 55 yaşlı Gitanas Nauseda mayda keçirilmiş prezident seçkilərində seçicilərin 66 faizinin səsini toplayaraq prezident seçilmişdi.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.