DÜNYA


Litvanın yeni Prezidentinin inauqurasiyasına xarici dövlətlərin liderləri dəvət olunmayıb

Vilnüs, 10 iyul, AZƏRTAC

İyulun 12-də Litvanın yeni seçilmiş Prezidenti Gitanas Nausedanın inauqurasiyası olacaq.

AZƏRTAC Prezidentin şəxsi katibliyinin məlumatına əsasən xəbər verir ki, qapalı keçiriləcək mərasimə xarici ölkələrin liderləri dəvət olunmayıb. Təntənəli mərasimdə yalnız hökumət nümayəndələri və Litva dövlətinin müstəqillik qazanmasında rolu olmuş şəxslər iştirak edəcəklər.

İnauqurasiya tədbirləri Litva Milli Hərəkatının patriarxı Yonas Basanoviçyusun heykəlini ziyarətlə başlayacaq. Sonra Seymdə iclas, Müqəddəs Stanislav və Müqəddəs Vladislav kilsəsində dini ayin keçiriləcək. Daha sonra G.Nauseda Vilnüsün mərkəzi meydanında prezidentlik vəzifəsini Dalya Qribauskaytedən təhvil alacaq və bundan sonra xalqa müraciət edəcək.

Rəsmi tədbirlərdən sonra konsert olacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.