Liv Nederqaard: Şəhərinizdən çox böyük təəssüratlarla ayrılacağam VİDEO
AzerTAg.az
Bakı, 23 iyul, AZƏRTAC
Göstərdiyim nəticədən çox məyus oldum. Yarışlara hazırlaşarkən üzgüçülüklə məşğul olurdum, özümə inamı artırmaq üçün musiqiyə qulaq asa-asa qaçırdım. Görünür yarışa hazırlığım kifayət etməyib. Buna görə də özümü medalçılar sırasında görə bilmirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında iştirak edən Danimarka təmsilçisi Liv Nederqaard deyib.
Festivalın çox yaxşı hazırlandığını söyləyən idmançı Bakı haqqında da təəssüratlarını bölüşüb: “Bu şəhər olduğum şəhərlərdən çox fərqlənir, özünəməxsus görünüşü var. İsti olduğu qədər də küləkli bir yerdir. İnsanları olduqca səmimi və safdır. Bakıda olmağımdan zövq alıram. Yarışlarda nəticə əldə etməsəm də, bura gəlməyə dəyərmiş. Yaxşı ki, gəldim və Bakını gördüm. Bir sözlə şəhərinizdən çox böyük təəssüratlarla ayrılacağam”.

Xəbərin mətnində orfoqrafik səhv var