DÜNYA


Livan suriyalı qaçqınları geri göndərir

Qahirə, 19 avqust, AZƏRTAC

Livan hökuməti on bir il əvvəl bu ölkədə sığınacaq tapmış suriyalı qaçqınların geri göndərilməsi prosesinə başlayıb.

AZƏRTAC Livan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin Prezidenti Mişel Aun artıq 15 min qaçqının Suriyaya göndərilməsi barədə məlumat verib. O qeyd edib ki, Qərb ölkələrinin bu insanların öz vətənlərində təqibə məruz qalacaqları barədə açıqlamaları həqiqətə uyğun deyil. Digər tərəfdən, Suriya hökuməti də onları qəbul etməyə hazır olduğunu bildirib.

Livan Prezidenti bildirib ki, bəzi dairələrin suriyalıları həmişəlik Livanda məskunlaşdırmaq planları baş tutmayacaq. Onun sözlərinə görə, əvvəllər fələstinlilərin də Livanda yerləşdirilməsi planları olub və bu, həyata keçməyib.

Hazırda dərin sosial-iqtisadi böhranla üzləşmiş Livanda 1 milyondan artıq suriyalı qaçqın var. Bu, 4 milyon Suriya vətəndaşını qəbul etmiş Türkiyədən sonra ikinci göstəricidir. Cəmi 6 milyon 800 min əhalisi olan Livanda bu qədər çox sayda qaçqının olması ölkə üçün əlavə gərginlik yaradır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.