DÜNYA
Livana yağan qar çadır şəhərciyində yaşayan suriyalı qaçqınların vəziyyətini ağırlaşdırıb
Bakı, 9 yanvar, AZƏRTAC
Livanda çadır şəhərciyində yaşayan suriyalı qaçqınlar qarın yağması səbəbindən çətinliklərlə üzləşiblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, artıq bir neçə gündür ölkənin cənub hissəsinə 40 santimetrdən artıq qar yağıb. Çadır şəhərciyinə əlavə ərzaq və yanacaq məhsulları daşınmasına baxmayaraq, uşaqların donma təhlükəsi olduğu bildirilir. Hətta sosial şəbəkələrdə qaçqın düşərgələrində ölüm hallarının olduğu xəbəri yayılıb.
BMT-nin məlumatına görə, 2017-ci ildən etibarən Suriyadan Livana 997 min qaçqın gəlib. Bu ölkədə məskunlaşan suriyalı qaçqınlara 100-dən artıq beynəlxalq humanitar təşkilat tərəfindən yardımlar edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]