DÜNYA


Livanda İŞİD qruplaşmasının 6 komandiri həbs olunub

Bakı, 16 fevral, AZƏRTAC

Livan ordusunun xüsusi xidmət orqanları İŞİD qruplaşmasında yüksək vəzifə tutan 6 təhlükəli terrorçunu həbs edib.

AZƏRTAC xəbər verir ki, An-Nashra portalının yaydığı məlumata görə, Livanın şimalında yerləşən Hermel rayonunda aparılan əməliyyat zamanı sərhədi qanunsuz keçən İŞİD qruplaşmasının səhra komandirlərindən biri Xalid əl-Həc saxlanılıb. Onun dindirilməsindən sonra Əş-Şavahir rayonunda qruplaşmanın dini avtoriteti Əhməd Mansur əl-Xələf və daha 4 silahlı da həbs edilib. Onların hazırda döyüşlərin getdiyi Suriyanın Deyr-əz-Zor əyalətindən qaçdıqları bildirilir.

Fevral ayının əvvəlində Beyrutdan 90 kilometr məsafədə yerləşən Tripoli yaşayış məntəqəsində İŞİD qruplaşmasının şəbəkəsi ləğv edilmiş və diversiyaya hazırlaşan 4 silahlı saxlanılmışdı.

Livanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən il xüsusi xidmət orqanları parlament seçkiləri ərəfəsində iki böyük terror aktının qarşısını almışdı. O zaman qruplaşmaya bağlı terrorçular Suriyadan Livana daxil olmağa cəhd edən zaman apardıqları partlayıcı ilə birlikdə ələ keçmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.