DÜNYA


Livanın Baş naziri yaxın iki gün ərzində Beyruta qayıdacaq

Bakı, 14 noyabr, AZƏRTAC

Livanın istefa verən Baş naziri Saad Hariri yaxın iki gün ərzində Beyruta qayıdacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hariri bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Hər şey yaxşıdır, iki gündən sonra qayıdacağıma (Livana –red.) ümid edirəm. Ailəm öz vətənləri Səudiyyə Ərəbistanında qalacaq”, - deyə Hariri qeyd edib. O, həmçinin livanlıları “sakit olmağa” çağırıb.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən öz postundan istefa verdiyini elan edib.

Haririnin istefasını hələlik rəsmən təsdiqləməyən Livan Prezidenti Mişel Aun, bəzi siyasətçilər və müşahidəçilər onun “Hizbullah” hərəkatının mövqeyinin gücləndiyi Livandakı vəziyyətdən narazı olan Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Ər-Riyadda zorla saxlanıldığını güman edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.