İDMAN


“Livepul” səfərdə “Çelsi”ni iki cavabsız qolla məğlub edib

Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 20-də İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çelsi” klubu öz meydanında son çempion “Liverpul” komandasını qəbul edib.

Görüş “Liverpul” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Sadio Mane vurub.

Xatırladaq ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”i 4:3, “Çelsi” isə səfərdə “Brayton”u 3:1 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.