İDMAN


“Liverpul” 98 il ərzində ilk dəfə evdə ardıcıl 4 matçda məğlub olub

Bakı, 22 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul”un derbidə əzəli rəqibi “Everton”a məğlubiyyəti (0:2) cari mövsüm sayca dördüncü olub. Bundan əvvəl Yan Kloppun yetirmələri “Bernli”, “Brayton” və “Mançester Siti”yə məğlub olmuşdular.

AZƏRTAC xəbər verir ki, bununla da ötən 98 ildə “Liverpul” ilk dəfə ev oyunlarında ardıcıl olaraq 4 dəfə məğlub olub. Sonuncu dəfə belə bir göstərici 1923-cü ildə qeydə alınıb.

Onu da qeyd edək ki, Yan Kloppun yetirmələri “Anfild” stadionunda iki ay ərzində altı oyundur ki, qələbə qazana bilmirlər. Son dəfə komanda evdə “Tottenham”ı məğlub edib (2:1).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.