İDMAN


“Liverpul” Alison Beykeri transfer edib

Bakı, 20 iyul, AZƏRTAC

İngiltərənin “Liverpul” komandası İtaliyanın “Roma” klubunun qapıçısı Alison Beykeri 72 milyon avroya transfer edib.

AZƏRTAC xəbər verir ki, 25 yaşlı braziliyalının əsas transfer məbləğı 62,5 milyon avro olub. Digər 10 milyon avronu isə “Roma” klubu bonus olaraq alıb. Müqavilənin müddəti məlum olmasa da, Britaniyanın “The Times” qəzetinin məlumatına görə, futbolçu altıillik müqavilə imzalayıb.

Qeyd edək ki, bu transfer qapıçılar üçün rekord göstərici olub. Qapıçıların əvvəlki ən böyük transfer məbləğı 2017-ci ildə baş verib. Belə ki, “Mançester Siti” Portuqaliyanın “Benfika” klubundan 40 milyon müqabilində braziliyalı Edersonu heyətinə qatıb.

Alison Beyker 2016-cı ildən “Roma” klubunun şərəfini qoruyub. Keçən mövsümdə 49 oyuna çıxan braziliyalı 22 matçda qapısını toxunulmaz saxlayıb. Həmçinin qapıçı Rusiyada keçirilən dünya çempionatında Braziliya milli komandasının heyətində bütün oyunlarda start heyətdə yer alıb. Mundialda braziliyalılar dörddəbir finalda Belçika millisinə 1:2 hesabı ilə məğlub olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.