İDMAN


“Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib

Bakı, 8 iyul, AZƏRTAC

İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tiaqo Alkantaranı transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi "Bavariya"ya 2013-2014-cü il mövsümündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.