İDMAN
“Liverpul” komandasının kapitanı bir ildən sonra “kosmonavt” ola bilər
İspaniyalı Raul Qonsales ilə müqavilə imzalamış “Nyu-York Kosmos” futbol klubu yeni gurultulu transferə hazırlaşır. Bu klub “Liverpul” komandasının kapitanı Stiven Ceppardı dəvət etmək niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, otuz dörd yaşlı oyunçunun kluba gəlməsi növbəti ilin yayında baş tuta bilər. S.Ceppard “Real” klubunun və İspaniya yığma komandasının keçmiş forvardı, gələn ilin yazında “Nyu-York Kosmos” komandasının heyətinə qatılacaq Raul Qonsalesin yolunu təkrarlamaq istəyir.
Bir müddət əvvəl S.Ceppard bu ilin sonunadək karyerasını başa vuracağı barədə məlumatı təkzib etmişdi. Yarımmüdafiəçi bildirmişdi ki, “Liverpul” onunla yeni əmək müqaviləsi imzalamasa başqa komandaya keçməyə hazırdır.
Bununla belə, “Liverpul” komandasının baş məşqçisi Brendan Rocers öz kapitanını saxlamağa çalışır. “Mançester Siti”nin rəhbəri Manuel Pelleqrini isə artıq bildirib ki, S.Ceppard doğma klubunu tərk edərsə onu böyük məmnuniyyətlə “şəhərlilər”in düşərgəsinə dəvət edəcək.
S.Ceppard İngiltərə klubunda 1987-ci ildən çıxış edir və “Liverpul”da 700-dən çox oyun keçirib. Yarımmüdafiəçi bu komandanın heyətində Çempionlar Liqasının (2005), UEFA Kubokunun (2001) və UEFA Superkubokunun (2001) qalibi olub.